8 xoşbəxt məlum oldu
Tarix: 08.11.2013 | Saat: 12:54:00 | Oxunub: 477 | E-mail | Çapa göndər
Avropa Liqasının qrup mərhələsinin IV turunun qarşılaşmaları 1/16 final mərhələsinə vəsiqələrdən 8-nin adına aydınlıq gətirib.

Futbolmedia.az xəbər verir ki, son 2 turun matçlarından asılı olmayaraq 2 qrupda ilk iki pillənin, daha 4 qrupda isə bir vəsiqənin sahibi bilinir.”

C qrupunda son 2 tur formallığa çevrilib. Avstriyanın “Zalsburq” klubu 4 qələbə qazanmaqla mərhələ adlayıb. Danimarka “Esbyerq”i də artıq digər 2 komanda üçün əlçatmazdır. E qrupunda da oxşar vəziyyətdir. 4 qələbə qazanan İtaliya “Fiorentina”sı və Ukrayna “Dnepr”i 1/16 finala yüksəlib.

A qrupunda İspaniyanın “Valensiya”, B qrupunda Bolqarıstanın “Lüdoqorets”, D qrupunda Rusiyanın “Rubin”, K qrupunda İngiltərənin “Tottenhem” klubları da buna nail olub. Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun çıxış etdiyi “Rubin” evdə İngiltərə “Uiqan”ını 1:0 hesabı ilə məğlub etməklə mərhələ adlayıb.




 
Bölməyə aid digər xəbərlər
03.11.2017
“Rusenborq” (Norveç) - “Zenit” (Rusiya) - 1:1 (VİDEO)
02.10.2015
“Krasnodar“ın qapıçısı : “Qəbələ“nin hücumçuları bizə çtinliklər yaratdı
28.08.2015
«Qəbələ»nin qrup mərhələsindəki rəqibləri müəyyənləşdi
28.08.2015
“Krasnodar“ın futbolçusu: “Hər şey özümüzdən asılıdır“
28.08.2015
Roman Qriqorçuk:“İlk qolu vurandan sonra müdafiəyə erkən çəkildik”

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info