Sonuncu şanslı da bəlli oldu
Tarix: 30.08.2013 | Saat: 15:18:00 | Oxunub: 447 | E-mail | Çapa göndər
Futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin oyunlarına yekun vurulub.

Futbolmedia.az xəbər verir ki, bu oyunlardan biri ötən gecə başa çatmamışdı.

Belə ki, Hollandiyanın “Alkmaar” komandası ilə Yunanıstan “Atromitos”u arasındakı görüşün ikinci hissəsi oynanılarkən hakim matçı yarıda saxlamaq məcburiyyətində qalmışdı. Buna Hollandiya klubunun stadionunda yanğın baş verməsi səbəb olub.

Qeyd edək ki, oyun 1:0 hesabıyla yunanların xeyrinə olarkən dayandırılmışdı. Bu gün qarşılaşma dayandırıldığı yerdən davam etdirilib. Nəticədə, Yunanıstan klubu qalan yarım saat ərzində də daha bir qol vuraraq, 2:0 hesablı qələbə qazanıb. Ümumi hesab 3:3 olsa da, səfərdə üç qol vurması Hollandiya klubunun işinə yarayıb. Nəticədə, ev oyununda məğlub olmasına baxmayaraq, “Alkmaar” qrupa vəsiqə qazanıb.




 
Bölməyə aid digər xəbərlər
03.11.2017
“Rusenborq” (Norveç) - “Zenit” (Rusiya) - 1:1 (VİDEO)
02.10.2015
“Krasnodar“ın qapıçısı : “Qəbələ“nin hücumçuları bizə çtinliklər yaratdı
28.08.2015
«Qəbələ»nin qrup mərhələsindəki rəqibləri müəyyənləşdi
28.08.2015
“Krasnodar“ın futbolçusu: “Hər şey özümüzdən asılıdır“
28.08.2015
Roman Qriqorçuk:“İlk qolu vurandan sonra müdafiəyə erkən çəkildik”

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info