FUTBOLMEDİA.AZ
  İdman xəbərləri portalı
13.01.2018 | 17:19:00 | Sosial şəbəkədə paylaş:

“Barselona”nın futbolçusu Arda Turanın “Başakşəhər”ə keçidi dəqiqləşib.

Futbolmedia.az-ın Türkiyə klubunun rəsmi Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, 31 yaşlı yarımmüdafiəçi bu gün müqavilə bağlamaq üçün İstanbula gedəcək.

“Hürriyət” qəzeti isə Arda ilə 1.5+1 illik icarə müqaviləsinin imzalanacağını yazıb.

Qeyd edək ki, 2015-ci ilin yayında 34 milyon avro qarşılığında "Atletiko”dan "Barselona”ya keçən türkiyəli futbolçu bu mövsüm Kataloniya klubunda heç bir rəsmi oyuna çıxmayıb.

Xəbər 772 dəfə oxundu

Ana səhifə