FUTBOLMEDİA.AZ
  İdman xəbərləri portalı
13.01.2018 | 15:14:00 | Sosial şəbəkədə paylaş:

Yanvarın 5-dən etibarən Premyer Liqanın ikinci mərhələsi üçün hazırlığa start verən "Sumqayıt" baş məşqçi Samir Abasovun rəhbərliyi altında hazırlığını davam etdirir.

Futbolmedia.az xəbər verir ki, dünən proqrama əsasən, 2 məşq keçən komanda bu gün saat 14:00-da start götürən 1,2 saat məşq prosesi ilə günə yekun vurub. Hazırlıq prosesində daha çox toplu çalışmalara üstünlük verilib və müxtəlif taktiki gedişlər üzərində işlənilib.

Qeyd edək ki, “Sumqayıt” hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu yanvarın 15-də doğma meydanda 1-ci liqa təmsilçisi "Qaradağ Lökbatan"a qarşı keçirəcək. Oyunun saatı barəsində məlumat veriləcək.

Xəbər 586 dəfə oxundu

Ana səhifə