FUTBOLMEDİA.AZ
  İdman xəbərləri portalı
13.01.2018 | 12:17:00 | Sosial şəbəkədə paylaş:

Dünyanın ən güclü klublarının növbəti reytinq siyahısı açıqlanıb.

Futbolmedia.az-ın məlumatına görə, “clubworldranking”in təqdim etdiyi siyahıda Azərbaycandan 4 klub yer alıb.

Klublarımız arasında ən yaxşı nəticə “Qarabağ”dadır. Ağdam klubu son siyahı ilə müqayisədə 1 pillə irəliləyib. Qurban Qurbanovun komandası 1169 xalla 541-ci pillədə qərarlaşıb.

“Keşlə” 368 xalla 781-ci (-2), “Qəbələ” 255 xalla 822-ci (0), “Zirə” isə 217 xalla (0) 844-cüdür.

Qeyd edək ki, siyahıya 17500 xalla "Real" başçılıq edir. “Barselona” 15970 xalla 2-ci, “Atletiko” 13383 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbər 883 dəfə oxundu

Ana səhifə