FUTBOLMEDİA.AZ
  İdman xəbərləri portalı
13.01.2018 | 10:12:00 | Sosial şəbəkədə paylaş:

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək milli komandamızın hazırlıq proqramında dəyişiklik olub.

Futbolmedia.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Gürcüstan millisinin Antalyada təşkil olunması nəzərdə tutulan toplanışı ləğv olunduğu üçün fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan – Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq.

AFFA və Gürcüstan Futbol Federasiyası arasında aparılan danışıqlara əsasən, bu il ərzində FIFA-nın müvafiq oyun günlərinin birində Azərbaycan və Gürcüstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər.

Qeyd edək ki, millimizin yanvarın 30-da Moldova ilə yoxlama oyunu nəzərdə tutulub.

Xəbər 559 dəfə oxundu

Ana səhifə