FUTBOLMEDİA.AZ
  İdman xəbərləri portalı
12.01.2018 | 13:31:00 | Sosial şəbəkədə paylaş:


"Qarabağ"ın "Olimpiakos"dan icarəyə götürdüyü Tarik Elyunussi Ağdam klubundan ayrılmaq üzrədir.

Futbolmedia.az-ın Yunanıstan mətbuatına istinadən yaydığı xəbərə görə, İsveçin AİK klubu 29 yaşlı yarımmüdafiəçi ilə razılığa gəlib.

"Olimpiakos"un bu transfer üçün AİK-dən 1 milyon avro təzminat istədiyi bildirilib. Yaxın günlərdə danışıqların yekunlaşacağı gözlənilir.

Qeyd edək ki, uzun müddətdir zədəli olan Norveç millisinin üzvü ötən ilin yayından çıxış etdiyi "Qarabağ"da cəmi 8 oyun keçirib.

Xəbər 994 dəfə oxundu

Ana səhifə