FUTBOLMEDİA.AZ
  İdman xəbərləri portalı
12.01.2018 | 11:11:00 | Sosial şəbəkədə paylaş:

“Liverpul” “Frayburq”da çıxış edən yetirməsi Rayan Kenti geri qaytarır.

Futbolmedia.az-ın Bundesliqa təmsilçisinin saytına istinadən yaydığı xəbərə görə, 2 klub arasında aparılan danışıqlar müsbət yekunlaşıb.

“Liverpul” 6 ay əvvəl Kenti 1 illik icarəyə versə də, 21 yaşlı futbolçunun lazımi qədər oyun praktikası qazana bilməməsi səbəbindən onu heyətinə qaytarır.

Qeyd edək ki, Bundesliqada cəmi 6 oyuna çıxan Rayan Kent bunların heç birində 90 dəqiqə mübarizə aparmayıb.

Xəbər 731 dəfə oxundu

Ana səhifə