FUTBOLMEDİA.AZ
  İdman xəbərləri portalı
11.01.2018 | 16:03:00 | Sosial şəbəkədə paylaş:

"Kəpəz" baxışda olan futbolçularla bağlı qərar verib.

Futbolmedia.az-ın xəbərinə görə, baxışda olan oyunçulardan "Mançester Siti"nin sabiq futbolçusu Aleks Nimeli geri göndərilib. Onunla yanaşı, U-21 millimizin sabiq üzvü Qvanzav Maqomedov da Gəncə təmsilçisinə lazım olmayacaq.

Əvəzində "Xəzər Lənkəran"ın sabiq futbolçuları - yarımmüdafiəçi Elşən Rzazadə və qapıçı Tərlan Qasımzadə "sarı-göylər"lə müqavilə imzalayacaq.

Bir zamanlar ölkəmizdə "Xəzər Lənkəran" və "Zirə"də çıxış edən Dieqo Souza da mövsümün ikinci yarısından etibarən "Kəpəz"də oynayacaq.

"Sarı-göylər" "Samtredia"nın 25 yaşlı dayaq yarımmüdafiəçisi Giuli Manjqaladzeni də rənglərinə bağlayıb.

Yunis Hüseynovun sözlərinə görə, "Kəpəz" ukraynalı qapıçı ilə yanaşı, daha bir neçə transfer də reallaşdırmaq istəyir.

Xəbər 875 dəfə oxundu

Ana səhifə