FUTBOLMEDİA.AZ
  İdman xəbərləri portalı
09.01.2018 | 09:03:00 | Sosial şəbəkədə paylaş:


FİFA hakimi Yusif Nurullayevin döyülməsi faktı üzə çıxıb. Futbolmedia.Az saytına daxil olan məlumata görə, Aqşin Ömərov hakimi vuran şəxs olub. Bu İdman Akademiyasının oyununda baş verib. FİFA hakimi Yusif Nurullayev oyun zamanı Aqşin Ömərova qırmızı vərəqə göstərib. Buna hiddətlənən A. Ömərov hakimin üzərinə yeriyərək, onu yumruqlarına qonaq edib. Ağız – burnu dağılan, al-qan içində olan Y.Nurullayev, A. Ömərovdan polisə şikayyət edib. FİFA hakiminin iki dişi sınıb.Xatırladaq ki, A. Ömərov “Baku Fans” klubunun üzvüdür. Həmçinin, HKS Xaqani Məmmədovun sürücüsüdür. İş məhkəməyə getməmiş, zərər çəkən şəxs A. Ömərovdan 3000 AZN təzminat istəyib. Çox danışıqlardan sonra ağız-burnu dağılan FİFA hakimi Y.Nurullayev 1000 AZN təzminata razılıq verib. Belələliklə, iş məhkəməyə qədər gedib çıxmayıb.

Xəbər 1082 dəfə oxundu

Ana səhifə