FUTBOLMEDİA.AZ
  İdman xəbərləri portalı
06.01.2018 | 22:45:00 | Sosial şəbəkədə paylaş:


Futbolmedia.Az-ın etibarlı mənbədən aldığı məlumata görə, Mart ayında HKS Xaqani Məmmədov istefa verəcək. Aldığımız məlumata görə, Xaqani Məmmədov dəri xərçəngindən əziyyət çəkir. Və bu xəstəliyin müalicəsi üçün artıq bir ildən çoxdur ki, İstanbul klinikalarının birində müalicə alır. Sağlamlığı çox ağır durumdadır. Xaqani Məmmədovun yerinə isə Hakim İnspektorlar Komitəsinin Sədri Əli Hüseyinov təyin ediləcəyi gözlənilir. Hər iki komitə birləşərək birgə fəaliyyət göstərəcəyi gözlənilir. Bundan başqa, syatımıza daxil olan məlumata görə, hakimlərin Türkiyədə baş tutulacaq təlim-məşq toplanışında hakimlərin 70 faizi tapşırıla gedənlər olacaq. Bu üzdə hakim Ziya Nəsirov toplanışa gedənlər sırasından çıxardılıb. Onun yerinə digər bir hakimi cəlb ediblər. Vəziyyəti bilən Ziya Nəsirov birbaşa AFFA-ya gedərək qalmaqal yaradıb. Z. Nəsirov bilidirb ki, il boyu hakimlik bağlı yaxşı qiymətlər alıb. Və onu niyə siyahıdan çıxarılmasının səbəbini tələb edib. Vəziyyətin düzəlməyəcəyini görən Z. Nəsirov yuxarılarda olan adamına zəng edib. Bildiyimizə görə, Z.Nəsirovun güvəndiyi şəxs AFFA-nın prezidenti Rövnəq Abdullayevin yaxın adamıdır. Hakim Z. Nəsirovun adamı da, gecə 23:30 –da Xaqani Məmmədova zəng edərək, Ziya Nəsirovun qış fasiləsindən sonra Premyer Liqa oyunlarını idarə edəcəyini bildirib. Daha doğrusu, Xaqani Məmmədova sən heçkimsən mesajını verib. Bu zəngdən xəbəri olan PFL-in prezidenti prinsipə düşərək, Ziya Nəsirovun Türkiyə təlim-məşq toplanışna aparılmayacağını ətrafındakılara söyləyib. Belə baxanda,hakimlərin siyahısını elə Ramin Musayevin tərtib etdiyi heç kimə sirr deyil.

Xəbər 1410 dəfə oxundu

Ana səhifə